Valyuta.com



   



Bakı, 12 noyabr, Xəzərİnfo, Səhiyyə. Bu il şəkərli diabet xəstələri üçün dövlət tərəfindən 36 milyon manat vəsait ayrılıb.

Xəzərİnfo Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib.

Onun sözlərinə görə, dərmanlar xarici valyuta ilə alındığı üçün vəsait kifayət etmir:

“Bu problemin həlli üçün səhiyyə naziri tərəfindən xüsusi komissiya yaradılıb. Eyni zamanda, Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə müraciət olunub. Gələn ilin dövlət büdcəsində bu istiqamətdə ayrılacaq maliyyə vəsaitinin artırılacağı gözlənilir”.

B.Salek onu da bildirib ki, diabetli xəstələrin dərman preparatı ilə təminatında yaranan problemə də çıxış yolu hazırlanır:

“Bölgələrdəki bütün həkimlərə və idarə rəhbərlərinə məlumat göndərildi ki, 2000 nəfərin hamısına 1-3 gün ərzində dərmanlar paylanılmasın. Xəstələrin dərman tələbatını qarşılamaq üçün bir ay ərzində xüsusi günlər təyin edilsin və xəstələr ayın müəyyən günlərində dərmanlarını alsınlar.

2000 nəfərin 1-3 gündə bir aptekdən dərman alması böyük izdihama səbəb ola bilər. İki gün ərzində xəstələr müraciət edəndə endokrinoloqun işi yalnız təmənnasız resept yazmaq olur, müayinəyə isə vaxt qalmır.

Problemin həlli üçün cari ildən etibarən rezidenturada təhsil alan endokrinoloqların sayının artırılması planlaşdırılır. 

Respublika üzrə 359 endokrinoloq var ki, onlar bütün işlərin öhdəsindən gəlməyə çətinlik çəkirlər. Gələn ildən etibarən tibb bacıları və terapevtlər treninqlərə cəlb ediləcək. Terapevtlər treninqdən sonra ikinci tip diabetin başlanğıcında müalicəni apara biləcəklər. 

Rezidenturanı bitirən endokrinokoqların bölgələrə getməsi məcburi olmayacaq, lakin şərait yaradılacaq ki, gənc kadrlar bölgələrə gedə bilsin. Elə bölgələrimiz var ki, orada 2600 xəstəyə cəmi iki endokrinoloq baxır. Bu məsələnin həlli istiqamətində yaxın günlərdə tədbir görəcəyik”.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv