Valyuta.com



   



Bakı, 13 noyabr, Xəzərİnfo, Mədəniyyət. Noyabrın 29-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində “Simurq quşu” adlı klassik və müasir xoreoqrafiya gecəsi keçiriləcək.

Xəzərİnfo AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirin ikinci hissəsində İqor Stravinskinin “Simurq quşu” əsəri nümayiş etdiriləcək.

Baletin quruluşçu xoreoqrafı, librettosunun müəllifi və işıq üzrə rəssamı həmvətənimiz Eldar Əliyevdir. Gecədə digər balet səhnələri də onun redaktəsində və quruluşunda təqdim olunacaq.

E.Əliyev Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini bitirib.

1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib.

Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir.

E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    19.01.2019
  • 18.01.2019
  • 17.01.2019
  • 16.01.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv