Valyuta.com



   



Bakı, 13 noyabr, Xəzərİnfo, İdman. Azərbaycan karateçiləri İspaniyanın paytaxtı Madriddə böyüklərin 24-cü dünya çempionatında uğurlu nəticə əldə ediblər.

Azərbaycan Milli Karate Federasiyasından Xəzərİnfo-ya verilən məlumata görə, idmançılarımız yarışı bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurdular.

İrina Zaretskanın (-68 kq, baş məşqçi Anar Allahverdiyev) çempionluğu və Rafael Ağayevin(-75 kq, baş məşqçi Şahin Xudaverdiyev) bürünc medal qazanması Azərbaycanı 140 ölkədən 1117 idmançı arasında 7-ci pilləyə yüksəltdi. Kişilərdən ibarət milli komandamız isə Yaponiyalı idmançılarla bürünc medal uğrunda həlledici görüşü 2:2 hesabı ilə başa vursa da, 4 xal fərqi ilə geridə qalaraq mükafat şansını əldən verdi.

Dünya çempionatının rekord sayda iştirakçıları arasında 27 ölkə idmançıları medala sahib ola biliblər. Karateçilərimiz bu nəticələrlə həm dünya reytinq cədvəlində, həm də Tokio Olimpiadasına lisenziya verən reytinq xallarını artırdılar. 

Daha bir idmançımız Sahib Əhədov (baş məşqçi Vahid Ayvazov) Para-karate üzrə dünya çempionatının finalına yüksəlsə də, yapon rəqibindən 0.9 xal geri qalaraq gümüş medala layiq oldu. Bu yarışda isə Azərbaycan 33 ölkədən 111 idmançı arasında 8-ci nəticə göstərdi. Para-karate yarışlarında 11 ölkə idmançıları medal qazana bildi. 

Yarışın hakimləri arasında yeganə təmsilçimiz, beynəlxalq hakim Cahangir Babayevə etimad göstərilərək final görüşlərini də idarə etmək həvalə olunub. 

Ömər VƏZİRLİ

   




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.07.2019
  • 15.07.2019
  • 14.07.2019
  • 13.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv