Bakı, 13 noyabr, Xəzərİnfo, Təhsil. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanında yer alan tapşırıqlara uyğun olaraq hazırladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın əsas maddələri açıqlanıb.
Xəzərİnfo xəbər verir ki, Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri Möhsün Nağısoylu “Report”a açıqlamasında deyib ki, tədbirlər planında 30-dan çox maddə əksini tapıb:
“Maddələrə “Ölkə üzrə Dövlət Dilinin Saflığının Qorunması Komissiyasının yaradılması və alimlərin mütəmadi çıxışlarının təmin edilməsi”, “Həyatın müxtəlif sahələrində inkişafla əlaqədar olan yeni anlayışların sistemli şəkildə müəyyənləşdirilməsi və Dövlət Dil Komissiyasına təqdim edilməsi”, “Dilə daxil olan alınma sözlərin tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması prinsiplərinin müəyyənləşdirilməsi”, “Yeni sözlər bülleteninin nəşri”, “Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi” və s. daxildir”.
Onun sözlərinə görə, Dövlət Dilinin Saflığının Qorunması Komissiyasının yaradılması və alimlərin mütəmadi çıxışlarının təmin edilməsi məsələsinə AMEA nəzarət edəcək.
XƏZƏRİNFO.AZ
- DEPORTASİYA TARİXİ
- Fonddan AÇIQLAMA: Təhsil haqqı krediti alan tələbələrin çoxu...
- Qarabağın tarixi - YAXIN VƏ MİLLİ KEÇMİŞİMİZ
- Xaricdə yaşayan azərbaycanlı alimlərlə bağlı böyük ADDIM
- Sumqayıtda 1176 yerlik yeni ümumtəhsil məktəbi binası tikiləcək - SƏRƏNCAM
- Azərbaycan elmə və təhsilə də investisiya qoymağa başlamalıdır - MİLLƏT VƏKİLİ
- Sərəncam: İsmayıllının Basqal qəsəbəsində 432 yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
- NAZİRDƏN SEVİNDİRİCİ XƏBƏR - Peşə məktəblərində oxuyanlara tələbə statusu veriləcək
- Dövlət qulluğu üzrə test imtahanının vaxtı bəlli oldu
- Azərbaycanda cinsi tərbiyə dərsinin tədrisinə - RƏSMİ MÜNASİBƏT
- Fiziki aktivlik sağlam həyatın əsasıdır - ŞAMAXIDA MÜZAKİRƏ
- Qaxda iki modul tipli məktəblər quraşdırılır
- Anqola prezidentinin azərbaycanlı müəllimi - Dursun Hümbətov kim olub?
- Bakı Dövlət Universiteti üç beynəlxalq reytinq siyahısında yer alıb
- Bakı Dövlət Universitetində Qara Mustafayevlə vida mərasimi keçirilib