Valyuta.com



   



Bakı, 14 noyabr, Xəzərİnfo, Texnologiyalar. “IDC”-nin analitikləri biznes, istehsal və təşkilatların rəqəmli transformasiyası üçün lazımi texnologiya və xidmətlərə xərclərin artımını proqnozlaşdırır.

Xəzərİnfo “ICTnews”-a istinadən xəbər verir ki, 2017-2022-ci illərdə bu istiqamət üzrə xərclər orta hesabla 16,7% artacağı və müddətin sonuna yaxın 2 trilyon ABŞ dollarına yaxınlaşacağı gözlənilir.

Mütəxəssislər hesab edirlər ki, 2020-ci ilədək dünyanın 2000 ən böyük ictimai əhəmiyyətli şirkətinin 30%-i illik gəlirinin ən azı 10%-ni rəqəmləşdirmə üzrə proqramların maliyyələşdirilməsinə ayıracaq.
 
2019-cu ildə rəqəmli transformasiya üzrə qlobal ayırmalar 1,25 trilyon dollar təşkil edəcək. “IDC”-nin proqnozuna görə, bu vəsaitin yarısını, demək olar, 4 sahə təmin edəcək: diskret istehsal (220 milyard dollar), emaledici sənaye (135 milyard dollar), nəqliyyat (116 milyard dollar) və pərakəndə ticarət (98 milyard dollar).
 
Coğrafi baxımdan rəqəmli transformasiya xərcləri üzrə lider ölkələr ABŞ və Çin olacaq, çünki rəqəmli transformasiya xərcləri üzrə ümumi məbləğin 50%-dən çoxunu bu 2 ölkə təmin edəcək.

XƏZƏRİNFO.AZ 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv