Valyuta.com



   



Bakı, 14 noyabr, Xəzərİnfo, İdman. Nazim Süleymanovla yollarını ayıran “Sumqayıt”ın yeni baş məşqçisi məlum olub. 

Xəzərİnfo-nun SİA-ya istinadən verdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisinin yeni baş məşqçisi Ayxan Abbasov təyin edilib. Onunla 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 37 yaşlı mütəxəssis futbolçu karyerası dövründə "Xəzri Buzovna", "Şəfa Bakı", MOİK, "Turan Tovuz" və "Qarabağ" kimi klubların şərəfini qoruyub.

Məşqçilik karyerasına 2015-ci ildə "Zirə"nin əvəzedicilərində başlayan mütəxəssis 2016-cı ilin yanvarından əsas komandanın sükanı arxasına keçib.

Onun rəhbərliyi atında adıçəkilən klub 2016/17 mövsümünü 4-cü pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb (6 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət). Ayxan Abbasov 2017/2018 mövsümündə də "Zirə" ilə mövsümü 4-cü pillədə tamamlayıb (12 qələbə, 8 heç-heçə, 8 məğlubiyyət).

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.07.2019
  • 15.07.2019
  • 14.07.2019
  • 13.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv