Valyuta.com



   



Bakı, 13 noyabr, XəzərİnfoTV, Cəmiyyət. Hindistanlı səyyah, bloger Dipanşu Sangvanın (Yutub adı “Deepanshu Sangwan”) Azərbaycanda səfərdə olması ilə bağlı məsələ araşdırılır.

XəzərİnfoTV Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

O bildirib ki, Azərbaycan torpaqlarına qanunsuz səfər etmiş blogerlə bağlı Azərbaycanın Hindistandakı səfirliyinə məlumat daxil olub-olmaması məsələsinə də baxılacaq:

“Bu barədə məlumat verən Elşən Rəhimovun Azərbaycanın Hindistandaki səfirliyinə məlumat verməsi məsələsi araşdırılır. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səyahət edən, bu əraziləri “müstəqil respublika” kimi qələmə verən və erməni işğalçılarının leyhinə açıq-aşkar təbliğat aparan hindistanlı səyyah bloger Dipanşu Sangvan Bakıya gəlib.

Bu barədə “Qaynarinfo”ya məlumat verən Elşən Rəhimov adlı şəxs bildirib ki, Azərbaycan torpaqlarına qanunsuz səfər etmiş bloger hazırda ölkəmizdədir.

Elşən Rəhimov hindistanlı blogerin ölkəmizə gəlməzdən əvvəl bu barədə Azərbaycanın Hindistandaki səfirliyinə məlumat verdiyini, onun "arzuolunmaz şəxslər" siyahısına salınmasını xahiş etdiyini deyib. Lakin səfirlik məsələyə biganə münasibət göstərib və səfərin qarşısını almayıb.

XəzərİnfoTV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    24.05.2019
  • 23.05.2019
  • 22.05.2019
  • 21.05.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv