Valyuta.com



   



Bakı, 16 noyabr, Xəzərİnfo, İdman. “Barselona” klubunun rəhbərliyi komandanın fransalı hücumçusu Usman Dembelenin meneceri ilə görüşüb.

Xəzərİnfo AZƏRTAC-a istinadla xəbər verir ki, klubun prezidenti Xosep Maria Bartomeu, baş direktor Xosep Segura və texniki katib Erik Abidal oyunçunun nümayəndəsinə müraciət edərək Kataloniya komandasının futbolçusdan öz işinə daha peşəkar münasibət gözlədiklərini bildiriblər.

"Barselona"da Dembelenin məşqlərə vaxtında gələcəyinə və komandaya uyğunlaşmağa davam edəcəyinə ümid edirlər.

Qeyd edək ki, ispan dilini bilməməsinə görə oyunçu həmvətənləri Samuel Umtiti və Klemen Langledən başqa, digər komanda yoldaşları ilə dil tapa bilmir.

Dembele 2017-ci ilin yazında “Barselona”ya Dortmund “Borussiya”sından 115 milyon avroya keçib. Hazırki mövsümdə futbolçu Kataloniya klubunun heyətində 11 matçda iştirak edib, dörd qol vurub və bir nəticəli ötürmə edib.

Bundan əvvəl bildirilib ki, “Liverpul” Dembelenin kluba keçidi üçün 100 milyon avro təklif etməyə hazırdır.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.07.2019
  • 15.07.2019
  • 14.07.2019
  • 13.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv