Valyuta.com



   



Bakı, 16 noyabr, Xəzərİnfo, Mədəniyyət. Zəngin repertuara malik Azərbaycan Dövlət Musiqili Teatrı həmişə olduğu kimi bu həftə də tamaşaçıların zövq müxtəlifliyini nəzərə alıb.

Qurumun mətbuat xidmətindən Xəzərİnfo–ya verilən xəbərə görə, Musiqili Teatr orta ümumtəhsil müəssisələrində payız tətili günləri ilə əlaqədar təhsil işçilərinin və müxtəlif yaş qruplarından olan azyaşlı uşaqların, şagirdlərin maraq dairələrinə uyğun, bir-birindən maraqlı tamaşalar təqdim edəcək.

Noyabrın 16-da saat 19:00-da Hacıbəylilər nəslinin nümayəndələrinin şərəfli ömür yolunu özündə əks etdirən “Nuri-didə Ceyhun” (Əli Əmirli) tamaşası, ayın 17-də saat 12:00-da “O olmasın, bu olsun” (Ü.Hacıbəyov), həmin gün saat 19:00-da milyonların sevimli gülüş ustası xalq artisti Afaq xanım Bəşirqızının iştirakı ilə “Toya bir gün qalmış” ( Ə. Səmədli) komediyası, ayın 18-də saat 19:00-da absurd aləmin şah əsəri - “Qodonun intizarında” (F.Qarayev, S.Bekket) tamaşaları nümayiş olunacaq.

Teatrın kollektivi həmişə olduğu kimi, bu dəfə də rusdilli balaca teatr həvəskarlarını unutmayıb. Belə ki, onların tətil vaxtlarının şən və əyləncəli keçməsi üçün noyabrın 16-da saat 10:30 və 13:00-da “Yağış göbələyinin macərası” (R.Şəfəq,V.Zimin), 18-də  saat 12:00-da “Qızıl cücə” (V.Ulanovski, V.Orlov) və saat 15:00-da “Qoğalın məcarası” (Rus xalq nağılı) tamaşalarını  rus dilində təqdim edəcək.

Nümayiş olunacaq maraqlı tamaşalarda rolları Xalq artistləri Afaq Bəşirqızı, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Nəsibə Eldarova, Svetlana Bulax, Şövqi Hüseynov, Anton Ferştandt, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Nadir Xasıyev, Elçin İmanov, Əliməmməd Novruzov, Gülcahan Salamova, Gülnarə Əzizova, Rauf Babayev, Yulya Heydərova, Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Tellnaz Hüseynova, Ruslan Mürsəlov, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ağaxan Şərifov, Emil Heydərov, Firus Məmmədov, Nicat Əli, Aydan Həsənova, Şaban Cəfərov, Mehriban Zalıyeva, Fərid Rzayev, Pərviz Məmmədov, Eleanora Mehdiyeva, Mehriban Rəcəbova, Elməddin Dadaşov, Valeriya İsgəndərzadə, kiçik yaşlı aktyorlar Rahib Məmmədzadə, Hüseyn Nağıyev və başqaları ifa edəcəklər.

 Tətil günlərini xoş ovqatla və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən, “iticket.az” saytından  əldə edə bilərlər.

Arzu ƏLİYEVA

  




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    19.01.2019
  • 18.01.2019
  • 17.01.2019
  • 16.01.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv