Valyuta.com



   



“Qardaş Har, Surabaya camaatına deyərsən  ki, bu mübarizəni dayandırmasınlar. Azadlıq!” 

 

Bakı, 16 noyabr, Xəzərİnfo, Dünya.

19 sentyabr 1945-ci il tarixində Surabaya əhalisi Yamato otelinin üzərində Niderland bayrağının dalğalanmasından narahatlıq keçirirdi. Bu xəbər tez yayıldı və bir çox gəncləri kədərləndirdi. Surabayanın yerli əhalisi dərhal izdihamlı şəkildə əvvəllər Oranje adlandırılan  otelin qarşısında toplaşdı. İndoneziya artıq müstəqil dövlətdir, amma niyə həmin üç rəngli bayraq yenə də dalğalanır.

Araşdırmalardan sonra qarışıqlığın səbəbkarının NİCA tərəfindən Surabaya şəhərinin İcra başçısı təyin edilmiş, İndo Europesche Vereniging (İEV) lideri VF Ch. Ploeqman olduğu məlum olur.  Ploeqman 31 avqust tarixində anadan olan Ratu Vilheminanın doğum gününü qeyd etmək münasibətilə həmkarlarına Niderland bayrağını dalğalandırmağı əmr vermişdi.

Nəticədə, Cak Sidik, Mulyadi və Haryono adlı şəxslər otelə daxil olaraq Ploeqramla görüşürlər. Görüş zamanı mübahisə baş verir və Ploeqman tapançasını çıxardıb Cak Sidikə tərəf yönəldir. Özünü küncə sıxışdırılmış kimi hiss edən Cak Sidik cəld tərpənərək, gözlənilmədən bıçaq zərbəsi endirır. Bıçaq bədənini deşərək digər nahiyyəsindən çıxır və Ploeqmanı qətlə yetirməyi bacarır. Lakin Cak Sidik Ploeqmanı öldürdükdən sonra köməksiz vəziyyətdə qalır. Onu da Ploeqmanın cangüdələri qətlə yetiriir.

Bu zaman Hariano və Kusno adlı şəxslər Yamato otelinin üzərində dalğalanan bayrağa tərəf dırmaşmağa başlayırlar. Onlar qəhrəmanlıqla bayrağı sancmağa nail olurlar və bayrağın göy  çalarlı hissəsini kəsirlər, lakin geriyə qayıtmaq istəyərkən Niderland silahlı qüvvələri tərəfindən atəşə tutulurlar və hər iki şəhid otelin üstündən yerə düşür.  

Surabaya tarixinin şahidi Adi Setyavanın dediklərinə əsasən, Kusno ağır güllə yarası almasına baxmayaraq, taleyi Harianonun taleyindən yaxşı olmadı. Hariono başından güllələndi. Hər ikisinin düşməsinə baxmayaraq, həyatını xilas etmək olardı. Koesno isə yərdə uzanaraq dəhşətli ağrılarla can verdi.

Kusno adlı qəhrəmanın ruhu bədənini tərk etməmişdən öncə Simpanq adlı xəstəxanaya aparılarkən mübarizəni davam etdirmək üçün mesajı olur:

“Qardaş Har, Surabaya camaatına deyərsən  ki, bu mübarizəni dayandırmasınlar. Azadlıq!”

Kusno son sözlərini deyərək əbədiyyətə qovuşur.

Hazırda da Majapahit adlanan otelinin üzərində bayrağın yırtılması hadisəsi Surabaya əhalisinin ruh yüksəkliyində əvəzolunmaz rola sahibdir. Yamato oteli İndoneziyada yenidən işğalı rədd edən mübarizənin lal şahidlərindən biridir.

Çərşənbə axşamı, 30 oktyabr 1945-ci il, Surabayada vəziyyət daha da gərginləşirdi. İnternatio inzibati binasında İngilis silahlı qüvvələri yüzlərlə respublikaçı mübarizlər və Surabaya əhalisi tərəfindən mühasirəyə alınmışdı. O vaxt üçün İngiltərənin rəhbəri Briqada Generalı AWS Mallabi və Dul Arnovonun təmsil etdiyi İndoneziya rəhbərliyi mübarizənin davamı olaraq, atəşkəs haqqında razılaşma eldə etmək üçün və Nepal əsilli İngilis qoşunlarının Perak ərazisinə köçürülməsi ilə bağlı müzakirələr aparılmışdı. Məsələ məlum idi: Onlar dəfələrlə, küçədə gördükləri şəxsləri respublikaçı mübarizlər hesab edərək atəş açırdılar.

Çıxmaları əmr olunmasına və köçmələrinə zəmanət verilməsinə baxmayaraq, Nepal əsilli İngilis əsgərlərinin Kalimas adlanan ərazinin ətrafında olan İnternatio inzibati binasını hələ də tərk etmək niyyətində olmadıqları görülürdü. Bir neçə saat davam edən atəşkəs sükutunu Nepal əsilli İngilis əsgərləri yenidən pozdu. Gurkha (Nepal əsilli muzdlu ingilis əsgərləri) əsgərlərinin açdığı silah atəşindən sonra mübarizlər cavab atəşi açdılar. İngilis əsgərləri ilə Surabaya gəncləri arasında silahlı toqquşmanı dayandırmaq mümkün olmadı. Qəfildən hər iki tərəf qarşılıqlı şəkildə güllə atəşindən qaçınmağa başladılar.

Pis hal odur ki, 49-cu Niderland Cənub-Şərqi Asiya Hərbi Birləşmələr Briqada Komandanı və Şərqi Yava Briqada Generalı AWS Mallabi, silahlı atışma zamanı İnternatio inzibati binasını tərk etmiş, qırmızı körpüdən keçən zaman qarşılıqlı açılan atəşlərin tam ortasında sıxışır və tələyə düşür. Faktiki olaraq, o itkin düşmüş və ya yoxa çıxmış kimi hesab olundu. Bir saat sonra isə onun cənazəsi güllələnmiş halda tapılır.

Briqada Generalı AWS Mallabinin ölü tapılması Şərqi Yava 5-ci Diviziyası komandanı general EC Mansergh tərəfindən çox sərt qarşılandı. Bu hal sonradan daha da geniş miqyaslı, yəni 10 noyabr 1945-ci il tarixində döyüş meydanının baş verməsinə səbəb oldu.

10 noyabr 1945-ci il tarixli döyüşün xronologiyasında, İnternatio inzibati binasında baş verən hadisə Surabayada inqilab silsiləsinin əvəzolunmaz parçası kimi qələmə verilib. Çünki, İnternatio inzibati binasında baş vermiş Mallabinin ölümü, bundan sonra 09 noyabr 1945-ci il tarixli General EC Mansergh tərəfindən ultimatum verilməsi ilə nəticələndi. Manserghin ultimatumu  əgər Surabaya əhalisi dərhal təslim olmasalar, növbəti gün qurudan, dənizdən və havadan 25 minlik İngilis ordusu tərəfindən hücuma məruz qalacaqları ilə təhdid edirdi. 

Lakin məlum olduğu kimi Surabaya əhalisi təslim olmadı. Onlar verilən ultimatuma məhəl qoymadılar. Heç bir silah təhvil verilmədi və ya tərk edilmədi. 10 noyabr 1945-ci il tarixində Surabaya əhalisi İngiltərənin rəhbərliyi altında müttəfiq hərbi birləşmələrinin qurudan, dənizdən və havadan olan hücum həmlələrinə qarşı böyük qəhrəmanlıqla mübarizə apardı. Bu qəhrəmanlıq dastanı bu günə qədər bütün İndoneziyada Qəhrəmanlıq günü kimi qeyd olunur və onların əziz xatirəsi anılır.

Ramilə SULTAN




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv