Valyuta.com



   



Bakı, 16 noyabr, Xəzərİnfo, Hərbi. Müdafiə naziri Aviqdor Libermanın istefasının Azərbaycan və İsrail arasındakı hərbi-texniki əməkdaşlığa heç bir təsiri olmayacaq.

Xəzərİnfo Teleqraf.com-a istinadən xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik nazirinin keçmiş müavini, hərbi ekspert Aleks Veksler deyib.

Vekslerə görə, İsrail və Azərbaycan bir-biri ilə daha sıx əməkdaşlıqda maraqlıdır:

“Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq Liebermansız da yüksək səviyyədə davam edəcək. Netenyahunun Azərbaycanda nüfuzu yüksəkdir, sevilən liderdir. Bir çox insan kimi o da Azərbaycanı ən yaxşı şəkildə dəstəkləyən insanlardan biridir və bunun üçün əlindən gələni edir. Buna görə də bu istefadan iki ölkə arasındakı əlaqənin zədələnəcəyini düşünmürəm”.

Qeyd edək ki, Azərbaycana yaxınlığı ilə tanına Aviqdor Liberman bir neçə gün əvvəl İsrail müdafiə naziri postundan istefa verib. Buna səbəb hökumətlə aradakı anlaşılmazlıq olub.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    19.01.2019
  • 18.01.2019
  • 17.01.2019
  • 16.01.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv