Valyuta.com



   



Bruno Le Mer: “Bu, bütün dünya üçün iqtisadi intihara çevrilə bilər”

 

Bakı, 16 noyabr, Xəzərİnfo, Dünya. “Dünya yalnız Ümumdünya Ticarət Təşkilatının islahatı ilə qarşısı alına biləcək, Çin və Abş arasındakı ticarət gərginliyinin təhrik elədiyi yeni bir soyuq müharibəyə doğru sürüklənir”.

Xəzərİnfo Hurriyyet.org-a istinadən xəbər verir ki, bunu Fransanın maliyyə naziri Bruno Le Mer söyləyib.

Nazir Le Mer Çin ilə ABŞ-ın arasındakı ticarət gərginliyinə görə, bütün dünyanın yeni bir müharibəyə sürükləndiyini deyib:

“Hazırda mövcud olan risk, Çin ilə ABŞ arasında Avropa da daxil olmaqla bütün ölkələrin məğlub olacağı bir soyuq müharibəyə daxil olmağımızdır. Bu ticarət müharibəsi bütün dünya üçün iqtisadi intihar olacaqdır. Buna bir kəlmə ilə axmaqlıq demək olar”.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv