Valyuta.com



   



Bakı, 19 noyabr, Xəzərİnfo, İdman. "Çox qaynar bir deul olacaq. Kosovo çox güclü komandadır, yaxşı oyunçuları var. "Şalke”nin sabiq futbolçusu Donis Avdiyay da rəqibimizin heyətindədir. Ancaq biz də çox inamlı mübarizə aparacağıq”.
 
Xəzərİnfo-nun Azvision.az-a istinadən verdiyi məlumata görə, bunu Almaniyanın "Bild” qəzetinə açıqlamasında millimizin hücumçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Kosovoya qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.

O, Farer adaları ilə Bakıda keçirilən oyunun 78-ci dəqiqəsində əvəzlənməsi məsələsinə də münasibət bildirib.

"Matçın əvvəlində sarı vərəqə almışdım. Ona görə də baş məşqçi riskə getmək istəmədi. Çünki Kosovo ilə görüş bizim üçün çox vacibdir” -, deyə R.Dadaşov vurğulayıb.
 
XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.07.2019
  • 15.07.2019
  • 14.07.2019
  • 13.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv