Valyuta.com



   



Bakı, 19 noyabr, Xəzərİnfo, İqtisadiyyat. Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsi baxımından çox vacibdir. Azərbaycan və Belarus arasında investisiya və birgə layihələrin reallaşdırılması imkanları kifayət qədər genişdir.

Xəzərİnfo AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Son səfər ölkələrimizin birgə həyata keçirdiyi layihələrin sayında və həcmində artımlar olacağından xəbər verir. Bu da iqtisadi və strateji baxımdan ölkələrin daha da yaxınlaşmasına imkan verəcək. Həmçinin səfər iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsi və ölkələrimizin iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından yeni bir mərhələnin əsasını formalaşdırır.

Ekspert qeyd edib ki, səfər çərçivəsində Belarus və Azərbaycan prezidentlərinin iştirakı ilə Minskdə əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalanıb. Sazişlər fərqli sektorları – sosial, nəqliyyat, informasiya texnologiyaları, hərbi sahədə əməkdaşlıq daxil olmaqla iqtisadiyyatın, bütövlükdə sosial sferanın müxtəlif istiqamətlərini əhatə edir ki, bu da ölkələrimiz arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyətlidir.

"Azərbaycan Belarus üçün iqtisadi tərəfdaşlardan biridir. Bu ilin 9 ayında isə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə artıb və 331,5 milyon dollara bərabər olub. Baxmayaraq ki, xarici şoklar hər iki ölkənin iqtisadiyyatına müəyyən qədər təsir göstərib. Lakin buna baxmayaraq Azərbaycan və Belarus arasında ciddi artım müşahidə olunub. Həmçinin Azərbaycan ixracatında 20 faizə yaxın artım qeydə alınıb. Son 4 ildə Azərbaycan Belarusa daha çox məhsul ixrac edib. İxracın artması nəticə etibarilə ölkəyə daxil olan valyutanın yüksəlməsinə də təsirini göstərib. Azərbaycan Belarusdan daha çox şəkər, meşə materialları, dərman vasitələri, kərə yağı və siqaret idxal edir. Eyni zamanda, Azərbaycan Belarusa tütün xammalı, polietilen ixrac edir. Bu məhsullar ixracda əsas paya malikdirlər", - deyə V.Bayramov diqqətə çatdırıb.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv