Valyuta.com



   



Bakı, 20 noyabr, Xəzərİnfo, Hərbi. Müharibə zamanı düşmənə qarşı ölümcül silahlardan istifadəyə bu vaxta qədər həmişən insan qərar verib, lakin artıq bu dəyişməkdədir.
 

Xəzərİnfo Ordu.az-a istinadən xəbər verir ki, süni zəka (SZ) nailiyyətləri, qabaqcıl robotlar, silikon əsaslı görüntü tanıma texnologiyası qatil robotlarla bağlı fantastik ideyanı qlobal mərhələyə daşıyıb.

Belə ki, özü silahlardan istifadə edə bilən müasir avtonom müharibə maşınları tezliklə döyüş meydanında vuruşanları məhv etmə missiyasına başlaya bilər. Belə olduqda çoxları onların “söndür” düyməsinin olub-olmadığını bilmək istəyir.

Digər dövlətlər arasında Çin və ABŞ süni zəka, sensorlar və nişangah kompüterləri ilə kombinasiyalı şəkildə istifadə ediləcək maşın üz tanıma və yarıavtonom robotlar sahəsində daha çox çalışırlar. 

Eyni zamanda Britaniya və İsrail də hazırda avtonom xüsusiyyətlərə sahib raketlər və dronlardan istifadə edir. Bu silahlar düşmən radarına, maşınlarına və ya gəmilərinə insanın komandanlığı olmadan hücum edə bilər.

Hədəfi avtonom şəkildə aşkarlayan və məhv edən silah sistemləri ilə bağlı texnologiya bir neçə on ildir ki, mövcuddur. 1980 və 90-cı illərdə hədəfi özü müəyyənləşdirən “Harpoon” “Tomahawk” raketləri ABŞ tərəfindən ərsəyə gətirildi. 2003-cü ildə isə ABŞ QQ Raket, Artilleriya, Minaatan əleyhinə Sistemi (C-RAM) təkmilləşdirdi ki, o, yaxınlaşmaqda olan raketlər, artilleriya və digər mərmiləri aşkarlaya bilirdi.

1947-1991-ci illəri əhatə edən Soyuq Müharibə zamanı ABŞ donanması “Phalanx” silah sistemindən istifadə etdi. Sistem gəmi və təyyarələrdəki sensorları bir aviasiya təhdidi olaraq birləşdirir və insan müdaxiləsi olmadan onlara hücum etməklə gəmi əleyhinə raketlər və helikopterlərə qarşı güclü müdafiə təmin edirdi.

Hazırda isə ABŞ-ın Müdafiə sahəsində Qabaqcıl Tədqiqat Layihələri İdarəsinin (DARPA) dron qruplarına komanda şəklində işləmə imkanı verəcək proqram təminatı üzərində işləyir. DARPA-nın yaydığı məlumata görə, CODE adı verilən proqramın məqsədi yeni alqoritmlər sayəsində bir sıra məhdudiyyətləri aradan qaldırmaqdır.
 
XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv