Bakı, 21 noyabr, Xəzərİnfo, İqtisadiyyat. Bu ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 8 milyard standart kubmetr təbii qaz və 1,8 milyon ton (təqribən 14,3 milyon barrel) kondensat hasil olunub.
“BP Azerbaijan” şirkətindən Xəzərİnfo-ya verilən məlumata görə, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 43 milyon standart kubmetr və ya ildə təqribən 16 milyard kubmetrdir.
Üç rüb ərzində “Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib.
Doqquz ayda “Şahdəniz” üzrə fəaliyyətlərə 418 milyon dollardan çox əməliyyat və təxminən 1,14 milyard dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).
Ziya İKRAMLI
- Təhlükəsizlik tədbirləri məqsədi ilə 1700-dən çox neftçi təxliyyə ediləcək
- "Ağ Şəhər"in ən bahalı mənzili - DAMDA HƏYƏTİ VAR
- Azərbaycanın tədiyyə balansının ümumi profisiti 5 dəfə artıb
- Azərbaycan meyvə-tərəvəz ixracını 11 faizdən çox artırıb
- Vergi Məcəlləsinə edilən dəyişikliklər sahibkarların yükünü artıracaq - EKSPERT
- Azərbaycan nefti cüzi ucuzlaşıb
- Gələn il dövlət büdcəsinin gəlirləri və xərcləri artacaq - NAZİR
- Azərbaycanda benzin və dizellə bağlı mühüm xəbər - VİDEO
- Banklara kredit verilməsi qaydaları dəyişir
- Gələn ilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədəuyğun deyil - EKSPERT
- SOCAR yeni hava limanında 9 yanacaqdoldurma stansiyası açacaq
- Sumqayıt və Gəncədə də sosial evlər tikiləcək
- Azərbaycanda kimlərin kredit borcu silinə bilər? - AÇIQLAMA
- Azərbaycanda mikroklonal üsulu ilə calaqaltılar yetişdiriləcək
- Azərbaycanda avtomobil istehsalı artıb