Valyuta.com



   



Bakı, 21 noyabr, Xəzərİnfo, Siyasət. Azərbaycanın xarici siyasətinin əsas prioriteti təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Məhz bu problemi prioritet tutan rəsmi Bakı bütün xarici kürsülərdən Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində mühüm işlər görür. Təsadüfi deyil ki, məsum obraz yaradan ermənilərin artıq həqiqi simaları dünya ictimaiyyətinə bəlli olmağa başlayır.

Xəzərİnfo xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov bildirib.

Ekspert qeyd edib ki, rəsmi Bakı regionun bütün dövlətləri ilə mehriban qonşuluq, dostluq münasibətləri apararaq onların Azərbaycanın yanında yer almasına nail olub: 

"Bütün bunlar uğurlu xarici siyasət fəaliyyəti sayəsində mümkün olub. Bu dövlətlərdən biri də Belarusdur. Azərbaycanın iştirak etmədiyi bütün tədbirlərdə Belarus dövlətinin başçısı prinsipial mövqeyini ortaya qoyaraq Ermənistanın təcavüzkar dövlət olduğunu bildirir, onun nə KTMT, nə də Avrasiya İttifaqı çərçivəsində istədiyi addımı atmasına imkan vermir".

Siyasi şərhçi əlavə edib ki, Belarusu və Azərbaycanı iqtisadi, hərbi, siyasi və s. maraqlar bağlayır: 

"Eyni zamanda, ölkələrimiz Avrasiyada sülhün və sabitliyin dayanıqlılığında mühüm rola malikdirlər. 2018-ci ildə ümumi ticarət dövriyyəsini 3 dəfəyədək artıran Bakı və Minsk gələcəkdə istər hərbi, istər iqtisadi layihələri birgə reallaşdıraraq münasibətlərin daha da inkişafına nail olacaqlar. Belarus-Azərbaycan münasibətlərinin inkişafı avtomatik olaraq Ermənistan-Belarus münasibətlərinin zəifləməsinə gətirib çıxarır. Belarusun Avrasiya İttifaqı və KTMT ilə əlaqələri, Bakı və Minskin üst–üstə düşən maraqları, dostluq münasibətləri, sözsüz ki, bir vaxtlar bizim əleyhimizə sayılan regional institutların artıq qarşımızda deyil, yanımızda yer almalarına gətirib çıxaracaq".

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv