Valyuta.com



   



Bakı, 21 noyabr, Xəzərİnfo, Siyasət. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağında da iştirak edib.

Xəzərİnfo xəbər verir ki, təsis yığıncağında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, BMT yanında daimi nümayəndə Yaşar Əliyev, 60 nəfər diaspor nümayəndəsi və rəhbəri iştirak edib.

Xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərilməsinin Azərbaycan dövlətinin siyasətində prioritet olduğunu qeyd edən komitə rəhbəri, son dövrlər diaspor sahəsində görülən işlər barədə, soydaşlarımızın birgə fəaliyyəti haqqında razılaşmaların əldə edilməsi, Koordinasiya Şuraları və perspektivlər barədə məlumat verib.

İştirakçılara Dövlət Komitəsinin fəaliyyətinə dair videoçarx nümayiş olunub. Nümayəndə heyətini salamlayan soydaşlarımız Amerikada da koordinasiyanın, soydaşlarımızın fəaliyyətinin yaxından əlaqələndirilməsinin zəruri olduğunu bildiriblər. Tədbirdə çıxış edənlər Amerikada yaşayan azərbaycanlıların problemlərini səsləndirib, Azərbaycan dili məktəblərinin çoxaldılması zəruriliyi qeyd edilib, Amerikada yaşayan istedadlı gənclərə diqqətin artırılması istiqamətində təkliflər səsləndirilib. 

Tədbirdə Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib. Koordinasiya Şurasının tam şəkildə fəaliyyətə başlaması üçün müvafiq işçi qrupu yaradılıb. 

Soydaşlarımızın fikir və təkliflərinin nəzərə alınacağını bildirən Komitə rəhbəri qarşıya qoyulan məsələlərin həll edilməsi üçün koordinasiyalı fəaliyyətin vacib olduğunu qeyd edib.

Yalnız bir ölkədə, bir qitədə deyil, bütün dünyada soydaşlarımızın müəyyən bir şəbəkələşməsinin zəruri olduğunu bildirib.

Vüsal TÜRKOĞLU




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv