Valyuta.com



   



Qismət Həsənli: “Ölkəmizdə inanclılar Allahın ipindən bərk yapışaraq məzhəbi görüşlərini bir kənara qoyublar”

 

Bakı, 21 noyabr, Xəzərİnfo, Din. “Azərbaycan xalqının müasir dünya görüşünə sahib olan, cəmiyyətin nəbzini tuta bilən, cəmiyyətin psixologiyasına gözəl bir şəkildə bələd olan bir ruhanilərə ehtiyacı var”.

Bunu Xəzərİnfo–ya müsahibəsində gənc ilahiyyatçı, Bakı İslam Üniversitetinin tələbəsi Qismət Həsənli söyləyib:

- Qismət bəy, hazırda Azərbaycanda dini təhsil hansı səviyyədədir?

- Azərbaycanda dini təhsil çox gözəl bir şəkildə həyata keçirilir. Təhsil aldığım ali təhsil müəssisəsinin bir çox məzunları məscidlərimizə axund təyin ediliblər.

- Bu gün dövlətimizin dini təhsil ocaqlarına münasibəti necədir?

- Dövlətimiz bu gün bir çox dini təhsil ocaqlarına çox böyük dəyər verir. Son dövrlərdə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstutunun açılması və fəaliyyətə başlaması ölkədə İslam dininə göstərilən diqqətin nəticəsidir. Bu, həm də gələcəkdə yaradılması planlaşdırılan dini kolleclərə, bütövlükdə isə dini təhsil ocaqlarına münasibətdə böyük bir dəyərin verilməsini açıq şəkildə göstərir.

-  Azərbaycan xalqının ruhanilərə ehtiyacı varmı?

- Bizə ünvanlanan suallar və müraciətlər göstərir ki, Azərbaycan xalqının ruhanilərə ehtiyacı var. Hətta belə vurğulamaq istərdim ki, elmli, ziyalı, əxlaqlı və yüksək mənəviyyata və müasir dünya görüşünə sahib olan, cəmiyyətin nəbzini tuta bilən, cəmiyyətin psixologiyasına gözəl bir şəkildə bələd olan bir ruhaniyə ehtiyacı var.

- Vəhdət nədir? Azərbaycanda dindarlar və ruhanilər arasında vəhdət hansı səviyyədədir?

- Əvvəla qeyd edim ki, Vəhdət deyildiyi zaman ilk növbədə ağlımıza birlik, bərabərlik anlamı gəlir. Əslində bu böyük bir məna kəsb edir. İslam terminologiyasında Vəhdət bir termin kimi qeyd edilir.

“Azərbaycanda vəhdətin mövcud vəziyyəti hansı səviyyədədir” - sualına gəldikdə isə belə cavab vermək istərdim. Ölkəmizdə hazırda “Ali-İmran” sürəsinin 103-cü ayəsinə sözün əsl mənasında əməl edilir. Ayədə qeyd edildiyi kimi, inanclılar Allahın ipindən bərk yapışaraq məzhəbi görüşlərini bir kənara qoyublar və artıq Heydər məscidində birgə ibadət edirlər. Buradan son olaraq bunu anlaya bilərik ki, Vəhdət sözün əsl mənasında təmin edilib. Bu Azərbaycan dövlətinin din siyasətinin bir uğurudur.

Vüsal TÜRKOĞLU




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv