Valyuta.com



   



AMEA-nın müxbir üzvü Kamran Əliyev konfransda iştirak edib

 

Bakı, 21 noyabr, Xəzərİnfo, Ədəbiyyat. Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin 135 illiyinə həsr olunan elmi konfrans keçirilib. 

Xəzərİnfo xəbər verir ki, tədbirdə Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev “Hüseyn Cavid yaradıcılığında Şərq-Qərb qarşıdurması” mövzusunda məruzə ilə çıxış edib.

Alim məruzəsində diqqəti H.Cavidin məkan seçimində Avrasiya coğrafiyasına önəm verməsinə, xüsusilə “Topal Teymur” pyesində Səmərqənddən bəhs etməsinə, “Səyavuş” faciəsində müasir orta Asiyanı obyekt kimi götürməsinə, “Uçurum” əsərində İstanbul və Parisi, “Knyaz” və “Azər”də Almaniyanı – Berlini canlandırmasına yönəldib.

Bildirib ki, H.Cavid dramaturgiyasında Şərq-Qərb qarşıdurması milli-mənəvi, əxlaqi dəyərlərin qorunması ideyasını özündə cəmləşdirir. Bundan əlavə, Şərq düşüncəsinin və davranış mədəniyyətinin üstünlükləri romantizm estetikasının prinsipləri mövqeyindən işıqlandırılır.

Vüsal Türkoğlu




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    17.07.2019
  • 16.07.2019
  • 15.07.2019
  • 14.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv