Valyuta.com



   



Bakı, 21 noyabr, Xəzərİnfo, Ədəbiyyat. 

Zikr ilə yaratdı cümlə cahanı, 
O bizim Rəbbimiz, Ona tay hanı? 
Ey insan, zikr ilə Allahı tanı, 
O bizim Rəbbimiz, Ona tay hanı? 

Üfürdü səmaya sirli cövhəri ,
Beləcə yaratdı göyləri, yeri, 
Üsyan eyləsə də məlun sərsəri,
Dünyanın əşrəfi etdi insanı,
O bizim Rəbbimiz, Ona tay hanı? 

Başını qaldırıb baxsan göylərə, 
Nə yarıq, nə də çat görərsən zərrə, 
Gecəni dəyişən kimdir səhərə? 
Bilmək istəyirsən? oxu Quranı,
O bizim Rəbbimiz, Ona tay hanı? 

Onun iznindədir zərərlə fayda, 
Ona həmd eləyir günəş də, ay da, 
Əgər pozularsa qanuni-qayda, 
O zaman göndərər seli, tufanı, 
O bizim Rəbbimiz, Ona tay hanı? 

Bu fani dünyanı bir sınaq etdi, 
İnsana hər şeyi şəksiz öyrətdi, 
Sonra dərgahına arxayın getdi, 
Ordan aşılayır bizə irfanı,
O bizim Rəbbimiz, Ona tay hanı? 

Göndərdi minlərlə O elçiləri, 
Verdi qanunları və ölçüləri, 
Yaratdı möhtəşəm insan əsəri. 
İndi yaşayırıq biz bu dastanı, 
O bizim Rəbbimiz, Ona tay hanı?

Elçin İbrahim




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    22.05.2019
  • 21.05.2019
  • 20.05.2019
  • 19.05.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv