Valyuta.com



   



Bu hesabat ölümü 2 il əvvəl XƏBƏR VERMİŞDİ

 

Bakı, 22 noyabr, Xəzərİnfo, Dünya. Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçı barədə yeni bir məlumat ortaya çıxıb.

Xəzərİnfo Publika.az-a istinadən xəbər verir ki, Qaşıqçının 2016-cı ildə Səudiyyə Ərəbistanında olarkən ABŞ prezidenti Donald Trampı (hələ prezident vəzifəsinə başlamamışdı –red.) tənqid etməsi Səudiyyə rəhbərliyi tərəfindən xoş qarşılanmayıb.

Məlumata görə, Səudiyyə rəhbərliyi ona jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağası qoyub. ABŞ mediasının yazdığına görə, bu hadisə ABŞ Dövlət Departamentinin “2017-ci il İnsan Hüquqları Hesabatı”nın Səudiyyə Ərəbistanına aid hissəsində də yer alıb.

Hesabata görə, Trampı tənqid etdiyi üçün Səudiyyə krallığı onun çalışdığı “Al-Həyat” qəzetini bağlayır, hər hansı nəşr üçün yazı yazmasını, həmçinin konfrans verməsi və televiziya kanallarına çıxmasını qadağan edir. Qadağalar bir müddət sonra aradan qaldırılır, lakin həbs olunma təhlükəsinin qaldığını düşünən jurnalist ABŞ-a köçür.

Qeyd edilirdi ki, ABŞ-a gəlməsindən sonra Ər-Riyadı Yəmən siyasəti, mətbuata qoyulan qadağalar və digər mövzularda tənqid etməyə başlayan Qaşıqçı ölkəsinə geri dönəcəyi halda, həbs olunacağını söyləyirdi.

Qaşıqçı Səudiyyə rəhbərliyi tərəfindən təzyiq edilməsinə səbəb olduğu yazılarda Trampın xarici siyasətini “ziddiyyətli” adlandırmış, “prezident Trampın prezident Trampdan daha fərqli olacağını gözləmək, ən iyi ehtimalla yanlış bir ümiddir” yazmışdı.

Qeyd edək ki, bir neçə gün əvvəl MKİ-dəki mənbəyə istinadən “Vaşinqton Post” nəşrinin yazdığına görə, MKİ Qaşıqçının ölüm əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi qənaətinə gəlib.

Daha əvvəl isə Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Qaşıqçının cinayəti ilə bağlı şok detalları açıqlayıb. Prokurorluq Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı baş konsulluqdan çıxarıldığını etiraf edib. Açıqlamada Qaşıqçının ölümündə boğulmanın və öldürücü dozada verilən dərmanın təsiri olduğunu bildirib.

Prokurorun açıqlamasına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məsləhətçisi Səud əl Kahtaniyə Qaşıqçını ölkəyə geri qaytarmaq əmri verilib. Ölkəyə geri qaytarılması təmin olunmadıqda isə öldürülüb. Ölüm əmrini İstanbula göndərilən komandanın başçısı verib. Kahtaninin ölkədən çıxışı qadağan edilib.

Cinayətdə adları çəkilən 11 şübhəlidən 5-nin edam edilməsi tələb olunub.

Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də öldürülüb.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv