Valyuta.com



   



Bakı, 22 noyabr, Xəzərİnfo, İdman.  UFC çempionu Həbib Nurməhəmmədovun amerikalı boksçu Floyd Meyvezerlə döyüşü yalnız birincinin şirkətlə olan müqaviləsi bitdikdən sonra mümkün ola bilər.

Xəzərİnfo Oxu.Az-a istinadən xəbər verir ki, bu məlumatı TMZ portalı H. Nurməhəmmədovun meneceri Əli Abdel-Əzizə istinadən yayıb. 

Bildirilir ki, dağıstanlı döyüşçü UFC rəhbəri Deyna Uaytın qərarına hörmətsizlik etmək istəmir. 

Qeyd edək ki, D. Uayt H. Nurməhəmmədova döyüşdə boks qaydaları ilə iştirak etməyi qadağan edib. 

H. Nurməhəmmədov UFC ilə müqaviləsi bitəndən sonra, yəni 2019-cu ildə Meyvezerlə döyüşməyə hazırdır. 

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.07.2019
  • 15.07.2019
  • 14.07.2019
  • 13.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv