Valyuta.com



   



Bakı, 23 noyabr, Xəzərİnfo, İqtisadiyyat. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. 

Xəzərİnfo Modern.az-a istinadən xəbər verir ki, ötən ilin dekabrın 24-də təməli qoyulan ilk 7 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin tikintisi həyata keçirilir. Paralel olaraq digər 7 mərtəbəli binaların tikintisinə başlanılıb.

Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə reallaşdırılan bu layihə çərçivəsində 3000-ə yaxın mənzilin istifadəyə verilməsi nəzərdə tutulur.

MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksidir. Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında 15.4 hektar ərazidə yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə layihələndirmə işlərinə başlanılıb.

Hazırda Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərində də güzəştli mənzillərin tikintisi üçün torpaq sahələrinin müəyyənləşdirilməsi işləri aparılır.

Xatırladaq ki, 2018-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında 324 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilib.

Hazırda seçilmiş mənzillərin rəsmiləşdirilməsi prosesi aparılır. İlin sonuna qədər mənzillərin vətəndaşlara təhvil verilməsi planlaşdırılır.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv