Valyuta.com



   



Bakı, 23 noyabr, Xəzərİnfo, Region. Türkiyənin Trabzon vilayətində dəniz limanı vasitəsilə Ermənistandan gələn yük avtomobillərinin boşaldılması qeydə alınmayıb.

Xəzərİnfo-nun Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə limanın baş direktoru Müzəffər Ermiş bəyan edib.

Bildirilib ki, liman rəhbərliyi Türkiyənin Ermənistana münasibətdə siyasətinə sadiqdir:

"Ermənistandan gələn yük avtomobillərinin qəbuluna başlamaq və bu ölkə ilə sərhədlərin açılması üçün Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi lazımdır".

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV-lərində Ermənistanla sərhədlərin guya açılması və bunun nəticəsi olaraq Trabzon limanından erməni məhsullarının Avropa ölkələrinə ixracına başlanması barədə məlumatlar getmişdi.

Xatırladaq ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına cavab olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv