Valyuta.com



   



Bakı, 23 noyabr, Xəzərİnfo, Siyasət. “Azərbaycanın Türkmənistan ilə əlaqələri müəyyən dövrlərdə soyuq olub. Xüsusən Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsində Türkmənistanın İranla eyni mövqedən çıxış etməsi bu münasibətlərin inkişaf etməsinə mane olub”.

Xəzərİnfo xəbər verir ki, bu fikirləri Azadinform-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, son zamanlar, əsasən də Qurbanqulu Berdiməhəmmədovun prezidentliyi dövründə münasibətlərdə istiləşmə hiss edilməyə başlayıb:

“Q. Berdiməhəmmədov və Türkmənistan XİN rəhbəri Azərbaycana səfər edib. Xəzər dənizinin statusuna dair konvensiyanın imzalanmasından sonra bu münasibətlərdə yeni perspektivlər açılıb. Buna da səbəb Xəzərin dibindən türkmən qazının TANAP layihəsinə ötürülməsi imkanlarının yaranmasıdır.

Prezident İlham Əliyevin Türkmənistan səfərində bu proseslər müzakirə edilib. Belə hesab edirəm ki, Azərbaycan prezidentinin bu səfəri Türkmənistan-Azərbaycan münasibətlərində yeni səhifə açacaq və yeni səviyyəyə qaldıracaq”.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv