Bakı, 23 noyabr, Xəzərİnfo, Siyasət.Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir”.
Xəzərİnfo xəbər verir ki,bunu “Report”a açıqlamasında deputat Elman Nəsirov deyib.
O qeyd edib ki, Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır:
“Bu formatı Prezident İlham Əliyev müəyyən edib. Bu format çərçivəsində həm üçtərəfli, həm də dördtərəfli, bir sözlə çoxtərəfli münasibətlərimiz dinamik şəkildə inkişaf edir. Qonşu ölkələrlə münasibət Azərbaycan üçün böyük siyasi məna, əhəmiyyət kəsb edir. Məsələyə bu konteksdə yanaşdıqda, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri və səfərin nəticələri xüsusi maraq doğurur. Hər bir səfər öz nəticələri baxımından qiymətlidir. Dövlət başçısının Türkmənistana rəsmi səfəri çərçivəsində 21 sənəd imzalanıb, bu, sözün həqiqi mənasında münasibətlərin bundan sonrakı inkişafının çox ciddi hüquqi-normativ bazasının formalaşdığını təsdiqləyir. İndiyədək iki ölkə arasında 68 sənəd imzalanıb. Hazırda imzalanan sənədlər nəticə etibarilə münasibətlərin inkişaf mərhələsini şərtləndirir. Burada söhbət ilk növbədə iqtisadi, ticarət əlaqələrinin inkişafından gedir. Bu istiqamətdə həm uzunmüddətli, həm də qısa müddətli (2019-2021) sənədlər qəbul edilib.
Səfər zamanı sənaye, nəqliyyat sahəsində əlaqələrin inkişafı ilə bağlı razılaşmalar əldə edilib. Bu istiqamətdə birgə komissiyanın təşkil edilməsi ilə bağlı ortaq mövqe formalaşdırılıb”.
E.Nəsirov bildirib ki, humanitar - təhsil, elm sahəsində əlaqələrin inkişafı ilə bağlı da müvafiq razılaşmalar əldə olunub.
XƏZƏRİNFO.AZ
- Ermənistan Azərbaycana qarşı ekoloji soyqırımı həyata keçirir (VİDEOMÜSAHİBƏ)
- Azərbaycan Vəkillər Kollegiyasının sədri Avropa Məhkəməsinə çağırış etdi
- “Azərbaycanlılar Ermənistanın işğalı nəticəsində öz torpaqlarından qovulublar” - FRANSIZ DEPUTAT
- Rusiya Slovakiyanın hərbi attaşesini “arzuolunmaz şəxs” elan edib
- Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film çəkib
- Dağlıq Qarabağ Azərbaycan xalqının haqqıdır və geri qaytarılmalıdır – SƏFİR (ÖZƏL MÜSAHİBƏ)
- 12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
- Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
- Ermənistan parlamentinin üzvü xaricə qaçıb
- İsgəndər Həmidovun “Müxalifət zirvəsi” təklifi niyə birmənalı qarşılanmadı?
- “Zurabişvili avropalıların, Qərbin dilini bilir” - AXCP sədri
- Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilib
- Deputat Adil Əliyev barəsində yayılan məlumatlara münasibət bildirib
- Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı rekord həddə çatıb
- Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti ilə görüşüb