Valyuta.com



   



Bakı, 21 noyabr, Xəzərİnfo, Region. Rusiyada bir çox gənc jurnalistlər Qarabağ probleminin varlığı barədə belə məlumatsızdır. 

Xəzərİnfo xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Rusiya Jurnalistlər Birliyinin katibi Rafael Hüseynov deyib. 

Onun sözlərinə görə, təkcə Azərbaycan və ya Ermənistan tarixini deyil, həmçinin Rusiya tarixini pis bilən yeni nəsil yetişib. 

“Rusiya KİV-də “Dağlıq Qarabağ Respublikası” ifadəsinin dırnaqsız yazılması və bunun tanınmamış olmasının xatırlanması bilgisizlikdən irəli gəlir. Bəzən bu, məqsədli təxribat olur”, - katib deyib. 

Müsahibimiz bildirib ki, əvvəllər insanlar bu məsələyə xüsusi diqqət yetirir, Ermənistan və Azərbaycan tərəfinə danışmaq imkanı verirdilər. 

“Mən “Trud” qəzetinin baş redaktorunun müavini, “Komsomolskaya pravda”da siyasət şöbəsinin rəhbəri olmuşam. Redaksiya təxribatçı fikirli kəskin yazılara yol vermirdi. Təəssüf ki, Yeltsin Rusiyasında hər şey dəyişib. Əhalinin aldadılması baş verdi”, - R.Hüseynov qeyd edib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv