Valyuta.com



   



Bakı, 23 noyabr, Xəzərİnfo, Ədəbiyyat. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi ilə əlaqədar "Mikayıl Müşfiqin poetik dili" mövzusunda elmi sessiya keçirib.

Xəzərİnfo Report-a istinadən xəbər verir ki, tədbirdə institutun direktoru, akademik Möhsün Nağısoylu, institutun alimləri, akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun kollektivi, ictimaiyyət nümayəndələri, məktəblilər və başqaları iştirak edib.

Tədbirdə Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov, institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Safura Quliyeva, Nəsimi adına Dilçilik İnstitutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda məktəblilər Mikayıl Müşfiqin məşhur şeirlərini səsləndiriblər. 

Xezerinfo.Az




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv