Valyuta.com



   



Bakı, 23 noyabr, Xəzərİnfo, MədəniyyətAzərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq.

Qurumun mətbuat xidmətindən Xəzərİnfo–ya bildirilib ki, noyabr ayının 23-ü və 24-də saat 14:00-da “Hacı Qara” (M.F.Axundzadə), ayın 23-də “Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski) musiqili komediyası (rus dilində), ayın 24-də “Mənim günahım” (İ.Əfəndiyev) və ayın 25-də “Baladadaşın toy hamamı” (Elçin) tamaşaları isə  axşam saat 19:00-da nümayiş olunacaq.  

Balaca teatrsevərlər noyabrın 24-də “Bremen musiqiçiləri və Pen” (C.Barri, Qrim qardaşları), 25-də isə rus dilində “Qoğalın məcaraları” (Rus xalq nağılı) tamaşalarına saat 12:00-da baxa bilərlər.

Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar –Əməkdar artistlər Almaz Ələsgərli, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nərgiz Kərimova, İlham Hüseynov, Boris Qrafkin, Anton Ferştandt, Svetlana Bulax, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Məhərrəm Qurbanov, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Emil Heydərov, Rauf Babayev, Gülnarə Əzizova, Yulya Heydərova, Nadir Xasıyev, Elnarə Nağdəliyeva, Elxan İsmayılov, Hüseyn Əlili, Elçin İmanov, Atəş Qarayev, Əmrah Dadaşov, Şaban Cəfərov, Aydan Həsənova, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev, Telnaz Hüseynova, Zaur Əliyev, Eleonara Mehdiyeva, Nigar Qarayeva, kiçik yaşlı aktyor Rahib Məmmədzadə və başqaları ifa edəcəklər.

Musiqili Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər. 

Arzu ƏLİYEVA

  




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv