Valyuta.com



   



Bakı, 26 noyabr, Xəzərİnfo, Region. Tehranın “Azadi” stadionunda keçirilən “Persopolis”-“Traxtur” futbol matçında  azarkeşlər arasında qarşıdurma yaranıb. 

Xəzərİnfo xəbər verir ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, qarşıdurmaya səbəb fars azarkeşlərin şovinist hərəkətləri olub. Türk azarkeşlərin Azərbaycan və Yaponiya bayrağı (“Tiraxtor” klubunda oynayan  futbolçularınan biri yapondur-müəll.) qaldırması farsları narazı salıb. Onlar buna cavab olaraq Ermənistan bayrağı açıblar. Azərbaycanlı azarkeşlər milli şüarlar səsləndirib. Bu zaman azarkeşlər arasında qarşıdurma yaranıb. Qarşıdurmada bir neçə “Traxtur” azarkeşi xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, “Tiraxtor”un vurduğu qollardan biri hesaba alınmayıb. Oyunda hesab açılmayıb.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv