Valyuta.com



   



Bakı, 26 noyabr, Xəzərİnfo, Region. Dağıstanın tanınmış müğənnisi Maşidat Öməraşabov güllələnib. 

Xəzərİnfo xəbər verir ki, ifaçıya Mahaçqala şəhərində, yaşadığı evin həyətində naməlum şəxs odlu silahdan atəş açıb.

Hadisə nəticəsində M.Öməraşabov qarın boşluğundan yaralanıb. O, dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Reanimasiyada olan sənətçinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Vüsal TÜRKSOY




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv