Valyuta.com



   



Bakı, 26 noyabr, XəzərİnfoTV, Region. İranın İraqla sərhəddə yerləşən Kirmanşah şəhərində 6,4 bal gücündə zəlzələ baş verib.

XəzərİnfoTV Axar.az-a istinadən xəbər verir ki, əvvəlcə Kirmanşah qubernatoru Huşəng Bəzvəndəvilayətdə yaralıların 260 nəfər olduğunu açıqlayıb. Bir qədər sonra isə Təcili Yardım Xidmətinin rəhbəri Pir Hüseyn Qulivənd, xəstəxanaya müraciət edənlərin sayının 361 nəfər olduğunu açıqlayıb.  

Yaralıların Gilyanqərb, Qəsr-e-Şirin və Sere-Pole-Zöhab şəhərlərindən olduğu deyilir.

Xəsarət alanların sayının artacağı bildirilib.

***

Son məlumata görə, dəhşətli zəlzələdə xəsarət alanların sayı 550 nəfərədək artıb.

Bu barədə yerli Press TV məlumat yayıb.

Qeyd olunub ki, təkanlar Bağdad və Azərbaycanda da hiss edilib.

Zəlzələ nəticəsində İraq Kürd Muxtariyyətində bir nəfər ölüb, 43 nəfər yaralanıb.

Məlumatı "Rudav" yayıb.

 

***

Türkiyə mətbuatının yazdığına görə, zəlzələ Türkiyənin Hakkari rayonunun Şəmdinli, Yüksəkova, Çukurca və Dərəcik mahallarında da hiss edilib.

Təkanlardan sonra əhali küçələrə çıxıb.

XəzərİnfoTV

 

 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv