Valyuta.com



   



Bakı, 26 noyabr, Xəzərİnfo, Dünya. Kiyevdə Rusiya Federasiyasının səfirliyi önündə bu gecə etiraz aksiyası keçirilib.

Xəzərİnfo Axar.az-a istinadən xəbər verir ki, etirazçılar səfirliyin əsas girişi qarşısında avtomobil şinləri yığıb, səfirlik ərazisinə çox sayda tüstü bombası atılıb. Həmçinin səfirliyin hasarının üstünə kağızdan düzəldilmiş gəmi maketləri qoyulub.

Səfirliyə yaxın ərazidə etirazçılar Rusiya Federasiyasına məxsus diplomatik nömrəyə sahib avtomobilə hücum edərək onu yandırıblar. Hadisə yerinə yollanan yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətrafdakı maşınlara keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Qeyd edək ki, ötən gün Rusiya donanmasının Ukrayna gəmilərinə hücumu baş verib. Hücum nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb (Rusiya 3 dənizçinin yaralandığını açıqlayıb), 3 Ukrayna gəmisi ələ keçirilib. Zəbt edilən gəmilər və Ukrayna hərbçiləri Kerç limanına aparılıb.

XƏZƏRİNFO.AZ

 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv