Valyuta.com



   



Bakı, 26 noyabr, Xəzərİnfo, Region. "Azov dənizi və Kerç boğazında baş verən hadisələri və artan gərginliyi diqqətlə izləyirik".

Xəzərİnfo xəbər verir ki, bu fikir Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında səsləndirilib.

Azov dənizində Rusiya hərbi gəmisinin Ukrayna hərbi gəmisinə hücüm etməsindən sonra iki ölkə arasında baş verən gərginliyə toxunan açıqlamada, Ukraynaya aid gəmilərə atəşin açılması və yaralıların olması ilə bağlı xəbərləri narahatla qarşılandığı bildirilir.

"Qara dənizdə qonşu dövlət olaraq Kerç boğazından gediş-gəlişə mane olunmamasının vacibliyini vurğulayırıq. Bölgədə sülhü və sabitliyi təhlikəyə sala biləcək addımlardan qaçılması, büynəlxalq hüquqa hörmətin göstərilməsi, eyni zamanda sağlam düşüncə ilə hərəkət edərək vəziyyətin daha da gərginləşməməsi üçün tərəflərə çağırış edirik​", - deyə, açıqlamada qeyd edilir.

Ömər VƏZİRLİ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv