Valyuta.com



   



Bakı, 26 noyabr, Xəzərİnfo, Maqazin. "Qalibəm, amma çox məyusam. Məni uddmağıma belə peşman etdilər. Çox üzülürəm. Fikirləşirəm ki, kaş mən uduzardım, qarşı tərəf udardı. Bəlkə bu insan sakitləşərdi. Ona ürəyim ağrıyır". 

Xəzərİnfo Axsam.Az saytına istinadən xəbər verir ki,bu sözləri müğənni Xatun Əliyeva "ATV maqazin onlarla" verilişində deyib. Rəqqasə Fatimə Fətəliyeva ilə qalmaqalından söz açan sənətçi məhkəməni udmağına peşman olub. Xatun dalaşmalarının səbəbini də açıqlayıb:

"Münaqişəmiz xına üstündə yanvarın 14-də olub. Balaş onun işlətdiyi bir yedə icarəçi olub. Sadəcə olaraq orada Allah mənə bir missiya verib ki, gedib məzlumları müdafiə etməliyəm. Görürəm biri orada, biri burada ağlayır. Hamı da dərdini mənə danışır ki, Xatun xanım, bizə belə etdilər. Həmin ərəfədə bu haqsızlıqlara göz yuma bilmədiyimə görə, bizim aramızda münaqişə yarandı. Biz də xına məkanı açma ərəfəsində idik. Onu da eşitdi.

Yoldaşı Balaşa zəng etdi ki, nə Xatun danışsın, nə də mən yoldaşımı qoyacam danışmağa. Evin böyüyü odursa və elə deyirsə, biz də böyük olaraq hörmət edək. Dava etmişik, söhbətimiz olub, öz aramızda. Bunu niyə ictimailəşdirək? Bir də gördüm məhkəməyə verib. Fatimə fitvaya gedən adamdır. Məhkəməyə nə ilə verəcəksən? Heç bir sübut yoxdur. Ancaq yalan, böhtan, uydurma.

"Mənə paxıllıq edir, xına evi açıb, məndən ideyalar oğurlayıb" belə şikayətlə getmək olmaz axı. Burada qan olmayıb, qada olmayıb. Biz udduq da bu məhkəməni".

Xatun bildirib ki, qarşı tərəfin vəkili onlara barışıq təklif edib:

"Bu məhkəməni udduqdan sonra mənim bu insana yazığım gəlir, ürəyim ağrıyır ki, kaş bu udardı. Yəni bu qədər ki, hadisələri ürəyinə salır, ona bir insan kimi yazığım gəlir. Bu qədər hikkə olar insanda?

Vəkili görür ki, o uduzur. Buna görə onlar təklif edirlər atama. Deyirlər ki, gəlin bunları barışdıraq. Vəkili barışıq ərizəsi hazırladı. Mübahisəni mən başlatmamışam, bu yerə gətirib çıxarmamışam ki, onunla barışım. Dedim mən barışmıram. Ona qalsa, onun qızı da, anası da məndən üzr istəyiblər. Mən uduramsa, atam niyə ondan üzr istəsin? Bu insan yenə dayanmadı. Məcbur olub o insana burdan cavab verirəm".

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv