Valyuta.com



   



Bakı, 26 noyabr, Xəzərİnfo, Dünya. Moskva bu cür addımları ilə Krım reallığını Qərbə qəbul etdirmək istəyir.

Xəzərİnfo xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Rusiya donanmasının Kerç körfəzi istiqamətində Ukrayna gəmilərinə hücumu haqda danışarkən deyib.

O bildirib ki, Rusiya və Ukraynanın arasında baş verənlərin səbəbi Ukraynadakı inqlab, Krımın ilhaqı, Donbasın işğalıdır:

“Kreml Ukraynanın itirilməsi ilə barışmır. Ukrayna həmişə Rusiyanın arxa bağçası olub. Rus dövləti Kiyev Rusiyasından başlayır. Rus şovinist təfəkküründə böyük Rusiyanı Ukraynasız təsəvvür etmək mümkünsüzdür”.

Politoloq baş verən hadisələrdən Putinin öz reytinqini artırmaq üçün istifadə edəcəyi ilə bağlı fikirlərə də münasibət bildirib:

“Ola bilsin ki, bu hadisənin də Putinin reytinqinin düşməsi ilə əlaqəsi var. Amma düşünmürəm ki, bu olay Putinin reytinqinin qalxmasına ciddi vasitə olacaq. Putinin reytinqinin yüksəlişi üçün Rusiya gərək bunu bəhanə edib Odessa, ya Mariupolu işğal etsin. Məqsəd Ukrayna cəbhəsində irəli gedib danışıqlarda bunu alver predmetinə çəkməkdir”.

Politoloq vurğulayıb ki, hadisənin noyabrın 30-da G20 zirvəsi çərçivəsində keçiriləcək Putin-Tramp görüşü ərəfəsində baş verməsi diqqət çəkməyə bilməz:

“Yəni Putin Trampla görüş öncəsi Azovda bu həmləsi ilə ola bilsin ki, əlindəki siyasi kartları daha güclü etmək istəyir. Göründüyü kimi, Rusiya Ukraynada provokasiyalarını davam etdirəcək”.

Politoloqun sözlərinə görə, Moskvanın gözündə Krım artıq Rusiyanındır:

“Ukrayna cəbhəsində də irəliləyərək Moskva Krımın ilhaqı reallığını Qərbə qəbul etdirmək istəyir. Belə demək mümkündür ki, Rusiya Donbası verib Krımı almaq və sanksiyalardan Qərbi imtina etdirmək istəyir. Kreml üçün çox uğurlu ticarətdir”.

Qeyd edək ki, Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə qoşularaq Keçr limanına aparılıb.

Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Rusiya FTX isə 3 əsgərin yaralandığı, onlara tibbi yardım göstərildiyi və həyatları üçün heç bir təhlükə olmadığını açıqlayıb.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv