Valyuta.com



   



Bakı, 26 noyabr, Xəzərİnfo,Siyasət. Ukrayna Prezidenti Petro Poroşenko Rusiya rəhbərliyinə müraciət edərək, Kerç boğazında saxlanılan ukraynalı dənizçilərin və gəmilərin azad olunmasını tələb edib. 

Xəzərİnfo xəbər verir ki,bununla bağlı Poroşenkonun saytında məlumat yerləşdirilib.

“Mən Rusiya Federasiyası rəhbərliyinə müraciət edirəm. Beynəlxalq hüququ pozaraq, həbs edilən ukraynalı hərbi qulluqçular dərhal azadlığa buraxılsın! Biz tələb edirik ki, onlar gəmilərlə birlikdə təcili sürətdə Ukraynaya qaytarılsın”, - Poroşenko bildirib.

P.Poroşenko əlavə edib ki, müraciətinə qısa zamanda reaksiya verilməsini gözləyir.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv