Valyuta.com



   



Bakı, 26 noyabr, Xəzərİnfo, İdman. Kişi boksçulardan ibarət Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi rəsmiləşib.

Azərbaycan Boks Federasiyasından Xəzərİnfo-ya verilən məlumata görə, komanda təcrübəli mütəxəssis Vaqif Şirinova həvalə edilib.

O, bu postda ukraynalı Leonid Loivskini əvəzləyib.

V.Şirinov ən azı 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarının sonunadək millimizin “sükanı arxasında” olacaq.

Komandamızda böyük məşqçi funksiyasını isə yenə də Nəriman Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət yığmamıza rəhbərlik edirdi.

Vüsal TÜRKSOY




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.07.2019
  • 15.07.2019
  • 14.07.2019
  • 13.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv