Valyuta.com



   



Bakı, 26 noyabr, Xəzərİnfo, Təhsil. Hazırda təhsil haqqı üçün kredit alan tələbələrin kredit öhdəliklərinin qaytarılmama ehtimalının (NPL) nisbi faizi sıfıra bərabərdir.

Xəzərİnfo Trend-ə istinadəc xəbər verir ki, bunu "Maarifçi" Tələbə Kredit Fondundan deyiblər.

Bildirilib ki, Fond üç il ərzində fəaliyyət göstərir və bu günədək tələbələrlə Fond arasında 223 təhsil krediti müqaviləsi imzalanıb. Artıq tələbələrin təqribən 15%-i borc öhdəliklərini geri qaytarmağa başlayıb:

“Hazırda kredit öhdəliklərinin qaytarılmama ehtimalının (NPL) nisbi faizi sıfıra bərabərdir. Lakin kredit borclarının qaytarılması mexanizmləri barədə dolğun və təfərrüatlı məlumat vermək tezdir, çünki bu cür Fondların fəaliyyəti müəyyən sosial məqsədlər də daşıyır. Əlbəttə ki, bütün sahələrdə mövcud olan risklər bu sistem üçün də keçərlidir”.

Fonddan qeyd edilib ki, tələbələrə 2 növdə və faizsiz təhsil kreditləri təklif edilir. Kredit növündən asılı olmayaraq, güzəşt müddəti bütün tələbələrə şamil olunur.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv