Valyuta.com



   



Bakı, 26 noyabr, Xəzərİnfo, Siyasət. Millət vəkili, siyasi Elmlər Doktoru Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb.

Xəzərİnfo-nun Versus.Az-a istinadən verdiyi məlumata görə, görüşdə Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verlib.

Qarabağ həqiqətləri ilə də bağlı Ümumdünya Qadın Sammitinin prezidenti məlumatlandırılıb. Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materialları Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada təqdim edən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva “sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq” deyib.

İrene Natividad rəhbərlik etdiyi təşkilatın Azərbaycanla da münasibətlərin inkişafına önəm verdiyini deyib və Azərbaycan münayəndə heyətinin sammitin işində iştirak edən ən fəal heyətlərdən biri olmasından, hər il Azərbaycanın sammitdə daha geniş təmsil olunması ilə yanaşı müzakirələrdə artan fəallığının da məmuniyyətverici olduğunu deyib və Azərbaycan qadınlarına uğurlar diləyib.

O, bildirib ki, qadınların bütün sahələrdə fəallığının genişlənməsində rol model qadınların üzərinə böyük vəzifələr düşür və bu cür sammitlərdə də məqsədin qadınların bütün sahələrdə rolunun genşlənməsinin dünya üçün nə qədər önəmli olduğuna diqqət çəkmək, müsbət nəticələrin daha da geniş yayılmasına dəstək göstərmək olduğunu bildirib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv