Valyuta.com



   



Bakı, 26 noyabr, Xəzərİnfo, Dünya. Səudiyyə Ərəbistanı sutkalıq neft istehsalını rekord həddə çatdırıb. 

Xəzərİnfo AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, noyabrda Səudiyyə Ərəbistanının neft hasilatı sutkada orta hesabla 11,1-11,3 milyon barrel olmaqla tarixinin maksimum səviyyəsinə yüksəlib.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ötən həftə ölkəsinin noyabrda oktyabrla müqayisədə daha çox neft hasil etdiyini bildirmişdi.

Nazir daha əvvəl isə dekabrda Səudiyyə Ərəbistanının neft ixracını 500 min barrel azaldacağını açıqlamışdı.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv