Valyuta.com



   



Bakı, 26 noyabr, Xəzərİnfo, Hadisələr. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MuğanBank” ASC-nin Əhmədli filialının sabiq departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Xəzərİnfo-nun Oxu.Az-a istinadən verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, A. Mahmudov 7 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, A.Mahmudov “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etibarından sui-istifadə edərək, onlara qarşı ümumilikdə 312 min 851 manat məbləğində ziyan vurub. 

Vurulan ziyandan 23 784 manat pul ödənilib. 

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv