Valyuta.com



   



Bakı, 26 noyabr, XəzərİnfoTVCəmiyyət. Space Tv-də həftə sonu Amil Xəlilin təqdimatında yayımlanan "Olar? Olmaz!" verilişində daha bir araşdırma tamaşaçılara təqdim edilib.
 
XəzərİnfoTV Unikal.org-a istinadən xəbər verir ki, verilişə müraciət edən İsimxan bəy hər zaman Türkiyədən gətirdiyi dərmanı atdığını və sağaldığını bildirib. Bir müddət sonra Türkiyədən gələn dərmanın qarşısı alınır. Adam məcburiyyət qarşısında qalaraq Bakının Azadlıq prospektində yerləşən apteklərin birindən oxşar dərmanı alır və qəbul edir. Qısa müddət sonra həmin dərman əks təsir göstərir. Hətta onun sözlərinə görə həkimdə təsdiqləyib ki, sonuncu qəbul etdiyi dərman onda şiş əmələ gətirib.
 
İsimxan bəy istəyir ki, insanlar prostatla bağlı qəbul edilən dərmanlardan ehtiyatlı olsunlar.
 
Daha sonra Amil Xəlil Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynovla görüşüb. Eyyub bəy də deyilənləri təsdiq edib. Hətta prostatla bərabər cinsi istəyi artıran bəzi dərmanlarında insan ömründən ömür aldığını bildirib.
 
Həmin anları sizə təqdim edirik. Qeyd edək ki, veriliş şənbə günü saat 18:20 də Space Tv-də Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır.
 
 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv