Valyuta.com



   



Bakı, 27 noyabr, Xəzərİnfo, İdman. Ukraynada hərbi vəziyyətin elan olunması "Vorskla" və İngiltərə "Arsenal"ı arasındakı Avropa Liqasının qrup mərhələsinin V tur matçına təsir etməyəcək.

Xəzərİnfo-nun "Report"a istinadən verdiyi məlumata görə, UEFA görüşün planlaşdırıldığı kimi, noyabrın 29-da Poltavada təşkil olunacağını açıqlayıb.

Avropa futbol qurumu oyun zamanı bütün lazımi təhlükəsizlik tədbirlərinin görüləcəyini vurğulayıb.

Aleksey Butovski adına stadionda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.

Hər iki komanda "Qarabağ"la birgə E qrupunda yer alıb. 

Qeyd edək ki, hərbi vəziyyət Kerç boğazındakı münaqişə üzündən elan olunub. 

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.07.2019
  • 15.07.2019
  • 14.07.2019
  • 13.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv