Valyuta.com



   



Ermənistan Restoranlar Birliyi Nikol Paşinyana məktub ünvanlayıb

 

Bakı, 27 noyabr, Xəzərİnfo, Region. Ermənistan Restoranlar Birliyinə daxil olan ictimai iaşə müəssisələri etiraz əlaməti olaraq qapılarını müştərilərinin üzünə bağlamağa hazırdır.

Xəzərİnfo-nun Trend-ə istinadən verdiyi məlumata görə, Birliyin bəyanatında deyilir ki, restoran rəhbərləri uzun müddətdir hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyana, Gəlirlər üzrə Komitəyə yazaraq onları çətin vəziyyətə salan və qiymətlərin artmasına səbəb olan yeni vergitutma növündən narazılıqlarını bildirsələr də, onların müraciətinə cavab verilməyib.

Noyabrın 24-də N.Paşinyana növbəti məktub ünvanlayıb. Restoran nümayəndələri qərar qəbul ediblər ki, ilkin xəbərdarlıq qismində bir gün ərzində yeni vergi sisteminə etiraz olaraq heç bir xidmət göstərməyəcəklər.

Qeyd olunur ki, belə bir addımın səbəbi müvafiq dövlət qurumlarının - Gəlirlər üzrə Komitənin və Maliyyə Nazirliyinin fəaliyyətsizliyidir.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv