Valyuta.com



   



Bakı, 27 noyabr, Xəzərİnfo, Cəmiyyət. Bu gündən Bakı Teleqüllə Kompleksindən “ARB 24” TV proqramının DVB-T standartında Full HD formatlı yayımına başlanılıb.  

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) Xəzərİnfo-ya verilən xəbərə görə, buna qədər isə, “ARB 24” TV proqramının Bakı şəhəri və Abşeron yarımadası ərazisində açıq paketdə rəngli sətr generatoru şəklində sınaq yayımı aparılıb.

Sınaq yayımlarına dair xüsusi ekspert qrupunun yekun müsbət rəyindən sonra, noyabrın 27-dən etibarən, Teleradio İB-nə məxsus yayım vasitələri ilə 31-ci TV kanalda 554 MHs tezlikdə “ARB 24” TV proqramının açıq paketdə yayımı təmin olunub. 

Qeyd edək ki, “ARB 24” TV proqramını qəbul edə bilmək üçün rəqəmli TV qəbuledicilər 31-ci TV kanala (və ya 554 MHs tezliyə) yenidən köklənməlidir. Bunun üçün qəbuledicilərdə avto axtarış vermək və ya əl rejimində 31-ci TV kanalı (və ya 554 MHs tezliyi) seçib axtarış vermək lazımdır.

Bildirək ki, Milli Televiziya və Radio Şurasının 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) elan etdiyi müsabiqənin qalibi “Türkel TV” MMC (ARB 24) olub.

Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

Ziya İKRAMLI




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    19.01.2019
  • 18.01.2019
  • 17.01.2019
  • 16.01.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv