Valyuta.com



   



Zamin Mürsəlov: “Dünya elm əsrinin pik zamanlarında olarkən bizə xurafat və nağıllar aləmində yaşamaq olmaz”

 

Bakı, 27 noyabr, Xəzərİnfo, Din. “Müəyyən qədər assimlyasiya olmuş tenqriciliyin Şumerlərdən gələn bir düşüncə ilə birləşib səmavi dinləri ortaya çıxarması mümkündür. Çünki, İslamdan çox qədim olan Tenqriçiliyin demək olar ki, bir çox adətlərini səmavi dinlərdə görmək olur”.

Bu sözləri Xəzərİnfo-ya müsahibəsində, dini məsələlər üzrə ekspert Zamin Mürsəlov söyləyib.

- Zamin bəy, bütün dindarların ortaq bir fikri var: imani mövzuları sorğulamaq bir inanclını inancından, yaxud da tərəfdarı olduğu dini əqidədən xaric edər. Fikrinizcə, sorğulamadan bir inancı qəbul etmək nə dərəcədə doğrudur?

- İnanclıların, xüsusən də İslam dini mənsublarının bunu etməsi o dinin təməlini təşkil edən Quranda yazılan dəyişməz şərtlərlə bağlıdır. Çünki, Quranda Allah iman gətirənlər üçün konkret şərt və sorğusuz iman tələb edir. Bu kitabı, Allahın sözünü sorğulayan şəxs küfr etmış sayılır ki, bunun da İslamda çox sərt cəzası var. Sorğulamaq ilk öncə insanı “imandan” uzaq saldığı, insanda fərdi təfəkkürün və düşüncənin formalaşmasına təkan verdiyi üçün buna qarşı sərt cəzaların olması bizi təəcübləndirməməlidir. Zamanında Məhəmməd peyğəmbər də onun imanını, inancını sorğlayanlara qarşı mülayim mövqedə durmayıb. İlk illər Quranda da göründüyü kimi, məcburiyyət qarşısında digər din və inanclara tolerant olan Məhəmməd peyğəmbər sonradan bunlara qarşı aqressiv şəkildə müqavimət göstərmiş, Məkkədə, Kəbədə 300-dən artıq bütü yerlə yeksan etmişdi. Fikrimcə, alternativ seçım olmalıdır və bu, hətta inanclı adamın belə öz xeyrinədir. Bu gün Azərbaycanda inanclı ailədə doğulan bir uşaq sonradan o inancı sorğulamağa haqqı olmalıdır. Bu gün elmin və zehni inkişafın sayəsində yüzlərlə insan artıq sorğulayır və əsirlərdən bəri qoyulan bu tabunu sındırmaqla yeni bir cərəyana qoşulur. Bu isə dinlərın olmadığını göstərən, insanlara subyektiv yanaşan bir həyat tərzi olan düşüncədir.İnsanlara din, irq fərqi qoymadan dəyərləndirən bir düşüncəni biz alqışlayırıq.

- Çox vaxt düşünürəm ki, bütün dinlər bir-birinin təkrarıdır. Bu, nə üçün belədir?

- Butun dinlər deməzdim. Əsasən səmavi dinlər... Bilirik ki, bu gün bizə məlum olan üç böyük səmavi dinin əsasını Sumer mədəniyyəti təşkil edir. Şumer – Babil - Yəhudi, ordan isə İslam və Xristianlıqda yayılan əfsanələr, rəvayətlər sonradan hər xalqın etnosunda təşəkkül taparaq bir özək təşkil edib. Şumerlərə ən çox istinad edən iudaizm, ardınca İslamdır. Quranda qeyd olunan bütün rəvayətlər Yəhudi və Sumer qaynaqlarında rastlanır. Xristianlıq Avropaya inteqrasiya etdikdən sonra biraz bu xətdən uzaqlaşdı. Amma islam daha çox yəhudi və digər mədəniyyətlərdən yayarlandığı üçün bu tendensiyanı sonadək, yəni formaşalanadək davam etdirdi. Baxın, hər xalq bu xəttin üzərinə oz adət-ənənəsini qoydu və tam olaraq dinlərini formalaşdırdı. Bu gun ortaya çıxan nisbətən yenı dinlərdən biri olan Bəhayilik də bu xətti davam etdirir. Getdikcə, məhzəblərin bir-birindən kəskin fərqlənməsi yaxın gələcəkdə yeni dinlərin ortaya çıxmasına gətirəcək. Onlarla yerə bölünmüş İslamdan geriyə qalan yenə əsas xəttin üzərində olan Allah və yeni dinlər qalacaq.

- Çadra və yaxud hicab əsasən İslam dinində daha qabarıq formadadır. Hətta əksəriyyət çadranı xüsusi bir formada qəbul edir. Çadranı sizcə, nənələrimizin geyindiyi abırlı paltar və başlarını örtdüyü kələğayı ilə əvəz etmək olarmı?

- Yuxarıda qeyd etdiyim kimi, müxtəlif xalqlar öz adət-ənənəlirini din üzərindən yayarkən, o cümlədən qadınlara olan düşüncə və davranışlarını da burda büruzə vermişdilər. O cümlədən, ərəblərə aid olan bu geyim bizə ərəb istilası ilə gəlmiş, onlardan bizə yadigar kimi qalmışdır. Bu gün modernləşən bir dünyada bir qadına hicabı zorla geyindirmək mümkün deyil. Amma bir məsələ var: dindar cəmiyyətdə qadının azadlığı hicabla birbaşa bağlıdır. Əgər hicablıdırsa, cəmiyyətdə sərbəst gəzə bilir, oxuya bilir, harsa gedə bilir. Bu artıq insan azadlığını “mədəni” qaydada cərçivəyə salmaqdır. Əgər bunları istəyirsənsə, buyur hicab tax. Bu gun Azərbaycanda hicaba qarşı hər hansı qadağa, sərt reaksiya yox dərəcəsindədir. Amma hicab dini geyim olduğu üçün  (çünki hicab islamla birlikdə aktuallaşıb, Quranda dəfələrlə qeyd olunub və xüsusi geyim hesab olunur-red:)  xüsusi geyim tələb olunan yerlərdə (məktəblərdə və s.) buna qadağa olması normal qarşılanmalıdır. Cünki, xüsusi geyim dindar xanımlara dini cəhətdən qadağalar qoyur və onların tibb universiteti, xilasedici və s. təmas tələb edən yerlərdə təhsili və işləməsi risklidir. Qeyd edim ki, hicablı-hicabsız, fərq etməsə desək, bu, doğru olmaz. Bu gün İranda, Səudiyyə Ərəbistanında və bir çox islam ölkələrində hicab məcburidir. Azərbaycan tolerant bir dövlət olduğu üçün buna etiraz etmək asandır. Amma bu, o demək deyil ki, dini atributları daşıyan geyimlər tam azad və icazəli səkildə hər yerdə istifadə olunmalıdır. Azərbaycanda yaşayan Türk, Qafqaz xalqları olaraq qadınların istifadə etdiyi çox gözəl kəlağayıya gəldikdə isə bu hicabdan tam fərqlidir. Burda bizim xalqların mədəni irsi, sosial mesajları verilir. Hər kəlağayı özlüyündə bir məna kəsb edir və bunu heç vaxt qara hicabla bir sıraya qoymaq olmaz. Kəlağayı bir qadının zinəti, bəzəyi, cəmiyyətdəki rolunu bildirən bir baş geyimidir.

- Türklərin Tenqriçilik inancı ilə İbrahim peyğəmbərin Hənif inancı arasında hansı fərqliliklər mövcuddur?

- Bilirik ki, Məhəmməd peygəmbərə dəstək olan ilk topluluqlardan biri də həniflər idi. Məhəmməd peyğəmbərə ilk vəyhlər gəldikdə, dağlara, mağaralara üz tuturdu. Orada tərki-dünya olmuş təkallahlı həniflərlə günlərlə söhbət edərdi. Bütün bunların onun fəaliyyətində iz qoyması sonradan Quranda və hədislərdə dəfələrlə özünü az qala İbrahimin davamçısı kimi göstərməsinə səbəb olur. İbrahim kimi idi. Atasının atəşpərəst olması, onun bütpərəstlər deyə adlandırdığı toplumlar kim idi. Bu gun Hindistandan Azərbaycana qədər yayılmış atəşpərəstlərdən olması fikri məni düşündürür. Bəzi qanaqlarda İbrahimin əslində bir Brahma (Brahma-Avraam) olması gümanı var. İbrahim peyğəmbər demək olar ki, tək allahlı dinlərin atası kimin qələmə verilir. O zaman öz dinlərini yaymaq üçün dünyaya səpələnən Brahmalardan biri olmasın? Bir də İbrahimin məxsus olduğu tayfanın oda sitayiş etməsi və bu gun Yakutiyada kecirilən dini bayramların oda, günəşə sitayişi ilə oxşarlığı bizə bu dinin qədim Mesapatomiya, Sumer torpaqlarına türk tayfalarından gedən bir kahin tərəfindən aparıldığı qənaəti verir. Çünki, Tenqriçilikdə də tək tanrı anlayışı ən qədim inanclardandır. Onlarda müqəddəs sayılan yeddi rəqəmi, dünyanın yeddi qatı olması haqqında iddiaları olan vaxt Ərəbistanda hec bir səmavi din yox idi. Qədim türk tayfalarında göyə, günəsə sitayiş bu günkü namazda özünü göstərməsin? Həmin ruhlar və cinlər Tenqricilikdə də var. Müəyyən qədər assimlyasiya olmuş tenqriciliyin Şumerlərdən gələn bir düşüncə ilə birləşib səmavi dinləri ortaya çıxarması mümkündür. Çünki, İslamdan çox qədim olan Tenqriçiliyin demək olar ki, bir çox adətlərini səmavi dinlərdə görmək olur.

- Məmləkətimizin bir gənci olaraq Azərbaycan cəmiyyətini necə görmək istəyərdiniz?

- Bu gun M.F.Axundovun başladığı maariflənmə onun zamanında olduğundan qat-qat sürətlə gedir. Şərqin qara kolgəsi altinda qalan sərbəst düçüncələr nurlanır, qol-qanad açır. Dünya elm əsrinin pik zamanlarında olarkən bizə xurafat və nağıllar aləmində yaşamaq olmaz. Zaman çoxdan yetişib. Azərbaycan gənci bu gun çox seyləri edəcək gücdədir. Elmin qapıları açılıb. Bu imkan 100 il əvvəl yox idi. O zaman ziyalılarımız min bir əziyyətlə insanları din və digər xurafatlardan uzaq tutmağa çalışır, elmin qapılarını onlara açmaq üçün əziyyət çəkirdi. Bu gun mən cəmiyyətdə görduyum açıq fikirli, yenilikçi gənclərlə fəxr edirəm. Onlar bizim gələcəyimizdir. Onları qoruyaq! Zamanla biz də dunyada elmin sayəsində inkişaf etmis, demokratik dəyərlərə sahib bir xalq olaraq tarixə keçəcəyik. Buna inanıram. Biz mübariz insanlarıq. Bunu bacaracağıq.

Vüsal TÜRKOĞLU




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv