Valyuta.com



   



Bakı, 27 noyabr, Xəzərİnfo, Hadisələr.  Ötən gün polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən Xəzərİnfo-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Biləsuvar rayonu ərazisində əməliyyat tədbirləri həyata keçirilib.

Əməliyyat nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Həziyevdən çəkisi 2 kiloqram 450 qram tiryək və 4 qramdan artıq heroin götürülüb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Şamaxı rayon sakini Xalis Hüseynovdan 2 kiloqram 775 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Ömər VƏZİRLİ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv