Valyuta.com



   



Bakı, 27 noyabr, Xəzərİnfo, Maqazin. Xalq artisti Məleykə Əsədova "Bizimləsən" verilişinin qonağı olub.  

Xəzərİnfo-nun Axşam.az-a istinadən verdiyi məlumata görə, aktrisa son vaxtlar baş verən cinayətlərdən danışıb.

Əsədova bildirib ki, insanlar qəddarlaşıblar:

“Üzümü tutub efirdən insanlara müraciət edirəm. Deyirlər, filankəs kiminsə qızına sataşdı və yaxud başqa məsələlər... Bunlar olmasaydı, bu qədər insanı həbs etməzdilər haqsız yerə. Onlara nəinki iş vermək, dərisini xalqın qarşısında gərək soyalar.  

İnsanlar bu qədər cəlladlaşıb? Qadın öz ərini, atası övladını bıçaqlayır... Elə rahat danışırlar ki... İnsan toyuğun başını kəsəndə baxmaq istəmir, üzünü çevirir. Necə ola bilər ki, insan insanı öldürür, ata balanı, bala atanı döyür, cavan uşaqlara sataşırlar. Onları öldürmək lazımdır. Onların üstündən elə-belə keçmək olmaz. Onsuz da o biri dünyada cəzalarını çəkəcəklər”.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv